
De Bruyne açıqladı: “Mançester Siti”ni tərk edir
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, bu barədə belçikalı futbolçu sosial şəbəkə hesabında məlumat yayıb:
“Bunlar mənim “Mançester Siti”nin oyunçusu kimi son aylarım olacaq. Bütün futbolçular anlayır ki, nə vaxtsa belə bir gün gələcək. Və budur!
Futbol məni Mançesterə gətirdi. Bir xəyalın dalınca gedirdim və karyeramın bu dövrünün həyatımı dəyişəcəyini bilmirdim. Bu insanlar mənə hər şeyi verdilər. Və hamısını qazandıq.
Ancaq vidalaşmağın vaxtı gəldi. Mançester bizim qəlbimizdə əbədi qalacaq. Uşaqlarımın pasportlarında da bu olacaq. Bu şəhər həmişə bizim evimiz olacaq. Bu, hekayəmin ən yaxşı fəsli idi”.
De Bruyne 2015-ci ildən “Mançester Siti”də çıxış edir. O, bu 10 il ərzində 6 İngiltərə çempionluğu, 5 Liqa kuboku, 2 İngiltərə kuboku, həmçinin UEFA Çempionlar Liqasını qazanıb.
Bizi Facebook-da izləyin



