
De Bruyne: “Ailəm bir az qorxur və narahatdır”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubdan ayrılmaq qərarının verildiyi andakı hisslərindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu ailəsinin narahat olduğunu söyləyib:
“Nə hiss edəcəyimi bilmirəm, çoxdandır buradayam. Düşünürəm ki, ailəm bir az qorxur və narahatdır. Çünki bundan sonra nə olacağı hələ məlum deyil”.
De Bruyne bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “şəhərlilər”lə hazırkı müqaviləsi bu il iyunun 30-da başa çatacaq. Klub müqaviləni yeniləməmək qərarına gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



