De Bruynenin 11 variantı var!
“Mançester Siti” yarımmüdafiəçisi Kevin De Bruyne ilə yollarını ayıra bilər.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, belçikalı futbolçu karyerasını “City Football Group” holdinqinə məxsus klublardan birində davam etdirə bilər. O, “Melburn Siti” (Avstraliya), “Nyu York Siti” (ABŞ), “Mumbay Siti” (Hindistan), “Montevideo Siti Tork” (Uruqvay), “Trua” (Fransa), “Lommel” (Belçika), “Palermo” (İtaliya) və ya “Baia”da (Braziliya) çıxış edə bilər. Həmçinin, “City Football Group”un “Jirona” (İspaniya), “Şenjen” (Çin) və “Yokohama F-Marinos” (Yaponiya) klublarında da payı var.
De Bruynenin “şəhərlilər”lə müqaviləsi gələn ilin yayında başa çatacaq. O, Premyer Liqanın cari mövsümündə 8 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin