De Bruyne klubunu dəyişəcək

Kevin de Bruyne cari mövsümün sonunda “Mançester Siti”ni tərk edəcək.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını ABŞ-da davam etdirmək qərarına gəlib.

De Bruyne “San Dieqo” ilə müqavilə bağlamaq üçün ilkin razılığa gəlib.

33 yaşlı futbolçu 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Tərəflər arasındakı mövcud müqavilə bu ilin iyununda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button