De Bruyne İtaliya klubu ilə anlaşıb

“Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin De Bruyne karyerasını İtaliyada davam etdirəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi A Seriyasının son qalibi “Napoli” ilə anlaşıb.

De Bruyne İtaliya klubu ilə 3 illik müqavilə imzalayacaq. 33 yaşlı oyunçunun “Napoli”də illik maaşı 6 milyon avro olacaq.

Kevin  De Bruyne 2015-ci ildən “Mançester Siti”də  çıxış edir. Belçika millisinin üzvü 10 ilə ərzində “şəhərlilər”in heyətində  meydana çıxdığı 421 rəsmi  matçda 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button