
De Bruyne İspaniya klubuna keçə bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne bu mövsümün sonunda komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atletiko” belçikalı futbolçu ilə maraqlanır. Madrid klubu yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi bu il iyunun sonunda başa çatacağı üçün onu azad agent kimi transfer etmək istəyir.
De Bruyne 2015-ci ildən “şəhərlilər”in heyətində çıxış edir. O, İngiltərə Premyer Liqasının bu mövsümündə 20 matçda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



