De Bruyne: “Hələ klubla danışmamışam”

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubla müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu hələ klubla danışmadığını bildirib:

“Mən hələ klubla danışmamışam. Formaya düşmək istəyirdim. Mən bunu bacardım, buna görə də indi xoşbəxtəm. Gələcəkdə nə olacağını görəcəyik”.

33 yaşlı yarımmüdafiəçinin “şəhərlilər”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

De Bruyne bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button