
De Bruyne ilə bağlı yeni məlumat yayılıb
Belçikalı yarımmüdafiəçi Kevin de Bruynenin tezliklə “Napoli”yə keçəcəyi görünürdü. Amma hər şey fərqli ola bilər.
Komanda.az xəbər verir ki, “The Independent” De Bruynenin hələ də başqa komanda seçə biləcəyini iddia edən məlumat paylaşıb. Məlumata görə, 33 yaşlı De Bruyne digər variantları müzakirə etməyə hazırdır. Məsələn, belçikalı futbolçu “Mançester Siti”dən ayrıldıqdan sonra İngiltərə Premyer Liqasının başqa komandasında görünə bilər.
Kevin De Bruyne bu yaxınlarda, komanda mövsümün son ev matçını keçirəndə “Mançester Siti” azarkeşləri ilə vidalaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



