
Runi: “De Bruyne hücumda Cerrarddan bir az daha yaxşıdır”
İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq hücumçusu Ueyn Runi “Liverpul”un keçmiş futbolçusu Stiven Cerrard və “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne arasında müqayisə aparıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki futbolçunu bir-birinə bənzədib:
“Bu oyunçular oxşardırlar, lakin məncə, De Bruyne hücumda Cerrarddan bir az daha yaxşıdır. Digər cəhətdən onlar oxşardırlar. Cerrard daha çoxyönlü oyunçu idi, lakin hücum mərhələsində De Bruyne inanılmazdır”.
Cerrard futbolçu karyerasını başa vurduqdan sonra məşqçi kimi fəaliyyətə başlayıb. De Bruyne hazırda “Mançester Siti”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



