De Bruyne: “Hər şey qaydasındadır”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması üçün danışıqların necə getdiyi barədə danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, belçikalı futbolçu belə şeylərə əhəmiyyət vermədiyini bildirib:
“Mən buna əhəmiyyət vermirəm. Sadəcə, əvvəlki vəziyyətə qayıtmağa çalışıram. Hər həftə yaxşılaşdığımı hiss edirəm. Fiziki baxımdan irəliləyirəm və indi 90 dəqiqə qaça bilirəm.
Son bir neçə ay zədə səbəbindən narahat oldum, amma yaxşılaşıram, getdikcə daha yaxşı oynayıram. Ona görə də, hər şey qaydasındadır”.
33 yaşlı De Bruyne bu mövsüm bütün yarışlarda 18 matçda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin