De Bruyne tələsmir

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne gələn yay azad agent kimi komandasını tərk edəcəyini istisna etməyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu sadəcə, özünü yaxşı hiss etmək və futbol oynamaq istədiyini bildirib:

“Əminəm ki, mövsüm irəlilədikcə bəzi söhbətlər olacaq. Sadəcə, özümü yaxşı hiss etmək və futbol oynamaq istəyirəm. Ümid edirəm ki, növbəti aylarda hər şey belə qalacaq. Gələcəyimlə bağlı tələskənlik hiss etmirəm”.

31 yaşlı yarımmüdafiəçinin klubu ilə hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

De Bruyne əvvəllər karyerasını Səudiyyə Ərəbistanında davam etdirməkdə maraqlı olduğunu inkar etməmişdi. Ərəblər ona çox sərfəli müqavilə təklif ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button