
De Bruyne: “Daha çox qol vurmalı idik”
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne İngiltərə Premyer Liqasının 32-ci turunda “Liverpul”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, belçikalı futbolçu, çox yaxşı oynadıqlarını deyib:
“Çətin oyun idi. Düzünü desəm, əla oynadıq. Çox yaxşı oynadıq, daha çox qol vurmalı idik. Əla oyun oldu. Qələbə qazanmaq üçün kifayət qədər şansımız oldu”.
“Mançester Siti” – “Liverpul” matçı 2:2 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin