
De Bruyne bir şərtlə “Mançester Siti”də qala bilər
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İngiltərə klubunun rəhbərliyinin maaşla bağlı şərtlərini qəbul edərsə, komandada qala bilər.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, “şəhərlilər” belçikalı futbolçu maaşını həftəlik 375 min avrodan 150 minə endirməyə razılıq verərsə, onunla yeni müqavilə bağlamağa hazırdır. Eyni zamanda, onun müqaviləsinə müxtəlif bonus ödənişləri də daxil ediləcək.
33 yaşlı yarımmüdafiəçi 2015-ci ilin yayından “Mançester Siti”də çıxış edir. Onunla klub arasındakı müqavilə 2024/2025 mövsümünün sonunda başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin