De Bruyne Anriyə çatdı

İngiltərə Premyer Liqasının 38-ci turu çərçivəsində “Mançester Siti” “Norviç”i böyük hesabla məğlub edib – 5:0.

Komanda.az xəbər verir ki, “şəhərlilər”in futbolçusu Kevin de Bruyne həm qol, həm də məhsuldar ötürmə ilə yadda qalıb. Komandasının ikinci qolunu vuran de Bruyne, üçüncü qolun məhsuldar ötürməsinin müəllifi olub. Bununla da, o, cari mövsümdə verdiyi məhsuldar ötürmələrin sayını 20-yə çatdırıb. Bu göstərici ilə belçikalı futbolçu “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anrinin rekordunu təkrarlayıb. Anri 2002/03-cü il mövsümündə 20 məhsuldar ötürmə ilə yadda qalmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button