De Bruyne ötürür, Haland vurur

İngiltərə kubokunun 1/8 final mərhələsinin “Luton” – “Mançester Siti” matçı 2:6 hesabı ilə başa çatıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Erlinq Haland bu oyunda penta-trikə imza atıb. Haland 5 qoldan dördündə belçikalı yarımmüdafiəçi Kevin de Bruynenin ötürmələrindən fərqlənib.

De Bruyne bu mövsüm bütün turnirlərdə 10 oyun keçirib və qol+ötürmə sistemində 12 xal toplayıb. O, bu görüşlərdə 2 qol vurub, 10 məhsuldar ötürmə edib.

Belçikalı yarımmüdafiəçi zədə səbəbindən cari mövsümün çox hissəsini buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button