
De Bleker “Neftçi” – “Kəpəz” matçındakı mübahisəli epizod haqda danışıb
AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan kubokunun 1/4 final mərhələsində “Neftçi” və “Kəpəz” komandaları arasında baş tutan cavab oyunundakı mübahisəli epizoda münasibət bildirib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, paytaxt təmsilçisinin futbolçusu Bassalu Sambunun epizodu ilə bağlı danışıb:
“Matçın 58-ci dəqiqəsində “Neftçi”nin hücumu zamanı Bassalu Sambu topla irəliləyərək, rəqibin cərimə meydançasına daxil olur. Bu zaman “Kəpəz”in üzvü Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir. Müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.
“Neftçi” – “Kəpəz” matçı Bakı klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin