DÇ-yə birgə hazırlaşırlar – Çinlilərlə azərbaycanlılar
Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlığın son mərhələsinə başlayıb.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, təlim-məşq toplanışında idmançıların fiziki və taktiki-texniki hazırlığına diqqət yetirilir.
Çinin kişilərdən və qadınlardan ibarət yığmaları da sentyabrın 9-dan Bakıdadırlar. Asiyalılar sentyabrın 30-dək Azərbaycan milli komandaları ilə birlikdə mundiala hazırlaşacaq.
Dünya çempionatı 6-12 oktyabrda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin