DÇ: “Yuventus”dan ikinci, “Real”dan ilk qələbə

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir. 

Komanda.az xəbər verir ki, H qrupunda yer alan “Real” ikinci turda Meksika “Paçuka”sı ilə qarşılaşıb. 

Matçın əvvəlində azlıqda qalmasına baxmayaraq, Madrid klubu mundialda ilk qələbəsini qazanıb. “Real” xallarının sayını 4-ə çatdırmaqla qrupda liderliyə yüksəlib.

G qrupunda isə “Yuventus” “Vidad”la üz-üzə gəlib və darmadağın sayəsində ikinci qələbəsini qazanmaqla növbəti mərhələyə vəsiqəni təmin edib.

Real (İspaniya) – Paçuka (Meksika) 3:1
Qollar: Bellingem, 35. A.Gülər, 43. F.Valverde, 70 – Elias Montiel, 80.

Yuventus (İtaliya) – Vidad (Mərakeş) 4:1
Qollar
: Butuli, 6-öz qapısına. K.Yıldız, 16; 69. Vlahoviç, 90+4-pen – Lork, 25.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button