
DÇ: Azərbaycan yığması yarımfinalda uduzdu
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Millimiz sabah üçüncü yer uğrunda oyuna çıxacaq. Rəqib Macarıstan yığması olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin