DÇ: Yarımfinalçılar bəlli oldu
Futbol üzrə klublararası dünya çempionatında ikinci mərhələnin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, Mərakeşdə təşkil olunmuş turnirin yarımfinalına vəsiqə uğrunda ilk oyun yerli “Vidad”la “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) arasında baş tutub.
Bu oyunun əsas və əlavə vaxtı bərabərliklə bitib – 1:1. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Əl-Hilal” yarımfinala yüksələrək Braziliyanın “Flamenqo” komandasına rəqib olub. Bu oyun fevralın 7-də keçiriləcək.
Digər oyun isə Misirin “Əl-Əhli” və ABŞ-ın “Sietl Saunders” komandaları arasında baş tutub. Rəqibini 1:0 hesabıyla üstələyən “Əl-Əhli” yarımfinalda İspaniyanın “Real” (Madrid) komandası ilə qarşılaşmaq hüququ əldə edib. Bu görüş isə 8 fevralda keçiriləcək.
Bizi Facebook-da izləyin