DÇ-yə 10 güləşçi ilə
Oktyabrın 28-dən 31-dək Albaniyanın paytaxtı Tiranada güləş üzrə dünya çempionatı keçiriləcək.
Komanda.az xəbər verir ki, qeyri-olimpiya çəkiləri üzrə təşkil ediləcək mundialda ölkəmizi 10 güləşçi təmsil edəcək.
Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq), Ülvü Qənizadə (72 kq) və Qurban Qurbanov (82 kq) uğur qazanmağa çalışacaq.
Daha sonra estafet qadınlara keçəcək. Böyük məşqçi Toğrul Əsgərov və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Alyona Kolesniklə (59 kq) Elis Manolova (65 kq) qüvvəsini sınayacaq.
Çempionata sərbəst güləşçilər yekun vuracaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Şərif Şərifovun rəhbərliyi altında Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (92 kq) xalçaya çıxacaq.
DÇ-də I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Bizi Facebook-da izləyin