Simeone: “Komanda istədiyimiz kimi oynadı”

“Real” UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda evdə “Atletiko”ya 2:1 hesabı ilə qalib gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən “Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandasının istədiyi kimi oynadığını deyib:

“Matçın ən yaxşı tərəfi rəqibin erkən qoluna verdiyimiz reaksiya idi. Komanda istədiyimiz kimi oynadı. Xulian Alvareslə qol vurmağı bacardıq və birinci hissəni yaxşı keçirdiyimizi hiss edərək başa vurduq. Oyuna nəzarət əlimizdə olanda bundan yararlana bilmədik”.

“Atletiko” – “Real” cütlüyünün cavab matçı martın 12-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button