DÇ-nin son günündə daha 2 medal
Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.
Komanda.az xəbər verir ki, altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Əsgər Əlizadə mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub.
Adəm Hacızadə debütdə Səudiyyə Ərəbistanı təmsilçisini çətinlik çəkmədən ilk hissədə tam üstünlüklə məğlub edib. Ancaq daha sonra Finlandiya idmançısıyla bacarmayıb.
Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropa çempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb.
Xəyal Mehtiyev debütdə ukraynalı rəqibinə uduzub.
60 kq
1/8 final – Əsgər Əlizadə – Qunvoo Park (KOR) 9:0
1/4 final – Əsgər Əlizadə – Kərəm Kamal (TUR) 6:14
Təsəlliverici görüş – Əsgər Əlizadə – Murtada Nana (ALG) 8:0
Bürünc medal görüşü – Əsgər Əlizadə – Talastan Xanjarbek Ulu (KGZ) 11:2
67 kq
1/16 final – Adəm Hacızadə – Əhməd Fevzi Barahman (KSA) 9:0
1/8 final – Adəm Hacızadə – Elmer Xoakim Mattila (FİN) 4:8
72 kq
Təsnifat – Ülvi Qənizadə – Samvel Qriqoryan (ARM) 5:2
1/8 final – Ülvi Qənizadə – Gergeli Bak (HUN) 9:0
1/4 final – Ülvi Qənizadə – Məhəmmədrza Mahmud Rüstəmi (İRİ) 2:1
1/2 final – Ülvi Qənizadə – İsmayıl Gün (TUR) 4:1
FİNAL – Ülvi Qənizadə – Sergey Stepanov (RUS) 1:3
97 kq
Təsnifat – Xəyal Mehtiyev – Aleksandr Yevdokimov (UKR) 3:6
Bizi Facebook-da izləyin