“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov
“Dünya çempionatının Bakıda keçirilməsi bizim üçün vacib məqamdır”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov 2025-ci ildə Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı təqdimat mərasimində deyib.
O, Azərbaycanın minifutbol tarixində yeni səhifənin açıldığını söyləyib:
“Ölkəmizdə müxtəlif idman növləti üzrə dünya çempionatları keçirilib. Amma bizim kimi gənc federasiya üçün bu, böyük hadisədir. Keçmişə nəzər salsaq, 16 il əvvəl ölkəmizdə minifutbol meydançaları salmağa başladıq. Bakıda 40-a yaxın belə stadionlar var. Həmin meydançalar 150-dən artıq idmançılara xidmət edir. Minifutbol ölkəmizdə geniş kütlə tərəfindən tanınır və sevilir”.
Akif Əhmədov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin