DÇ: Nigar Mirzəzadə finalda!
İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.
Komanda.az xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/8 finalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:10.
Birgül Soltanova (62 kq) ilk mərhələdə venesuelalı Astrid Xirinosa “tuş”la məğlub olub.
Nigar Mirzəzadə (65 kq) təsnifat mərhələsində ispaniyalı Nerea Blankoya şans tanımayıb – 7:1. Güləşçimiz 1/4 finalda qazaxıstanlı Dariqa Abenə “tuş”la qalib gəlib. Yarımfinalda italiyalı Elena Espositonu 3:2 hesabıyla məğlub edən Mirzəzadə finala yüksəlib. Nigar sabah həlledici görüşdə sentyabrda böyüklər arasında dünya çempionu olmuş Mişa Morikava ilə qarşılaşacaq.
Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Bizi Facebook-da izləyin