DÇ: Milyon dollarlıq turnir bu gün yekunlaşacaq

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatı bu gün sona çatacaq.

Komanda.az xəbər verir ki, sonuncu yarış günündə blits növündə qaliblərin adı bəlli olacaq.

Kişilərin mübarizəsində son 9 tur, qadınlarda 8 qarşılaşma oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

İlk 12 turdan sonra azərbaycanlı kişi şahmatçılar arasında ən yaxşı nəticə göstərən Şəhriyar Məmmədyarovdur. Qrossmeyster topladığı 8 xalla əlavə əmsallara görə, 16-cı sırada qərarlaşıb.

7.5 xal toplamış Rauf Məmmədov və Vüqar Əsədli uyğun olaraq 30 və 31-ci sıradadırlar. Vasif Durarbəyli 7 xalla 44-cü, Aydın Süleymanlı 6.5 xalla 69-cu, Məhəmməd Muradlı 6 xalla 85-ci, Abdulla Qədimbəyli isə 4.5 xalla 148-ci sıradadır.

Qadınların yarışında isə 9 oyundan sonra 6 xal toplamış iki qrossmeyster – Ülviyyə Fətəliyeva 14, Günay Məmmədzadə isə 15-ci sırada qərarlaşıb. Gövhər Beydullayeva 4.5 xalla 48-ci, Gülnar Məmmədova 4 xalla 67-ci, eyni xala malik Xanım Balacayeva əlavə əmsalları görə 70-ci, 3.5 xallı Ləman Hacıyeva isə 77-cidir.

Mükafat fondu 1 milyon ABŞ dolları olan dünya çempionatı bu gün başa çatacaq. Daha əvvəl rapid növündə qaliblər müəyyənləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button