
DÇ: Millimiz növbəti mərhələyə vəsiqə qazandı
Azərbaycan yığması Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsinin 3-cü turunda qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Mavritaniya ilə üz-üzə gəlib.
Milli Gimnastika Arenasında baş tutan görüş millinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda adını növbəti mərhələyə yazdırıb.
Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



