“DÇ – Messinin “qızıl top”u almasında əsas meyardır” – Səmədov
“Spartak”ın və Rusiya yığmasının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov “qızıl top”un argentinalı hücumçu Lionel Messiyə verilməsinə münasibət bildirib.
Komanda.az Səmədovun bu barədə fikirlərini təqdim edir:
“Dünya çempionatı – Messinin “qızıl top”u almasında əsas meyardır. Bu, onun karyerasının ən böyük nailiyyətidir. Hər şey obyektivdir: Messi görkəmli usta və böyük futbolçudur. Amma şəxsən mən heç kimə köklənməmişəm. Mbappe və Haland? Düşünürəm ki, onların hər ikisi də karyeralarında “qızıl top”un qalibi olacaqlar”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin