DÇ: Manolova startda uduzdu, Qurbanovanı zədə dayandırdı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, yarışın dördüncü günündə qadınlardan ibarət millimizin iki üzvü mübarizəyə qoşulub.

Leyla Qurbanova (53 kq) 1/8 finalda moldovalı Yuliya Leordaya qalib gəlib – 5:1. Həmyerlimiz 1/4 finalda monqolustanlı Xulan Batxuyaqla qarşılaşıb və ciddi zədə aldığı üçün görüşü davam etdirə bilməyib.

Mundiala 1/4 finaldan başlayan Elis Manolova (65 kq) çinli Jia Lonqa məğlub olub – 3:6.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button