
DÇ-də son günün püşkü atıldı
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb.
Komanda.az xəbər verir ki, iyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub.
Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) – Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) – Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin