DÇ-də oynadı, qiyməti 3 dəfə qalxdı
“Anje”nin yarımmüdafiəçisi Əzzəddin Unai ilə müqavilə bağlamaq istəyən klublar mərakeşli futbolçunun alınmasına görə 15 milyon avro ödəməli olacaqlar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya çempionatında özünü yaxşı tərəfdən göstərdiyi üçün Fransa klubu futbolçusunu üç dəfə baha qiymətə satmaq istəyir.
22 yaşlı Unai dünya çempionatında Mərakeşin heyətində 7 qarşılaşmada 571 dəqiqə meydanda olub.
Unainin “Anje” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Daha əvvəl “Barselona”nın futbolçu ilə maraqlandığı bildirilirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin