DÇ: Daha bir azərbaycanlı taekvondoçu uduzub
Azərbaycanın daha bir taekvondoçusu bu gün Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov Çin təmsilçisi Xiao Zhou ilə üz-üzə gələcək.
Ötən gün 63 kq-dakı Sədri Həmidreza ilk qarşılaşmasında özbəkistanlı Niyaz Pulatova uduzub.
Azərbaycan dünya çempionatında ümumilikdə 8 taekvondoçu ilə təmsil olunur. Hələlik yalnız 68 kq-dakı Cavad Ağayev bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin