DÇ-də ilk finalçı bəlli oldu
Qadın futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan dünya çempionatında yarımfinal mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, Fransanın ev sahibliyi etdiyi sayca 8-ci mundialın ilk yarımfinal görüşü İngiltərə və ABŞ yığmaları arasında baş tutub.
Matçın taleyi elə ilk yarıda həll olunub. ABŞ millisi fasiləyə 2:1 hesabıyla üstün yollanıb. İngiltərə yığması 84-cü dəqiqədə məğlubiyyətdən qaçmaq üçün əla şans əldə etsə də, qazanılan penalti boşa verilib. Beləcə, matçda hesab dəyişməyib və ABŞ millisi ilk finalçı olub.
Digər yarımfinal qarşılaşmasında Hollandiya və İsveç yığmaları üz-üzə gələcək. Sözügedən matça bu gün saat 23:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin