DÇ: Azərbaycan millisi növbəti görüşlərini keçirəcək
Bu gün Azərbaycanın şahmat millisi İsraildə keçirilən komandalararası dünya çempionatında növbəti oyunlarını keçirəcək.
Komanda.az xəbər verir ki, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət yığma B qrupunun 3-cü turunda Hindistan seçməsi ilə qarşılaşacaq.
Komanda 4-cü turda Polşanı sınağa çəkəcək. Yığma ötən gün Özbəkistanı 2,5:1,5, ABŞ-ı isə 3:1 hesabı ilə üstələyib. Azərbaycan millisi hazırda 4 xalla B qrupunun lideridir.
Qruplarda ilk dörd yeri tutan komandalar 1/4 finala yüksələcək. Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin