DÇ: Azərbaycan taekvondoçuları bir medal qazandılar
Azərbaycan taekvondoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatını bir bürünc medalla başa vurublar.
Komanda.az xəbər verir ki, son olaraq mübarizəyə qoşulan Minayə Əkbərova (46 kq) və Qaşım Maqomedov (58 kq) da medalsız qalıblar.
Azərbaycan mundialda ümumilikdə 8 taekvondoçu ilə təmsil olunub. Yığmada yalnız 68 kq çəki dərəcəsində mübarizə aparmış Cavad Ağayev bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin