DÇ: Azərbaycan şahmatçısı “gümüş” qazandı
Azərbaycan şahmatçısı Süleyman Süleymanlı Yunanıstanın Rodos şəhərində təşkil edilən 17 yaşadək məktəblilərin dünya çempionatında gümüş medala sahib çıxıb.
Komanda.az xəbər verir ki, o, 7 xalla həmyaşıdları arasında ikinci olub.
Bu yaş kateqoriyasında 7,5 xal toplayan türkiyəli Adar Tarhan “qızıl” qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla üçüncü olub.
Başa çatan dünya çempionatında 51 ölkə şahmatçısı iştirak edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin