DÇ: Azərbaycan idmançısından daha bir gümüş medal
Azərbaycan idmançısı Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatında növbəti medalını qazanıb.
Komanda.az xəbər verir ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarının 3 qat qalibi 100 metr məsafəyə batterflay üsulu ilə üzmə növündə 58,41 saniyəlik nəticə göstərib. İdmançı bu göstərici ilə ikinci yeri tutub.
Xatırladaq ki, Raman Saley ötən gün arxasıüstə üzmə növündə də gümüş medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin