DÇ: Azərbaycanlı şahmatçılar blits növündə mübarizəyə başlayır

Qazaxıstanın Almatı şəhərində keçirilən şahmat üzrə dünya çempionatında bu gün blits yarışlarına start veriləcək.

Komanda.az xəbər verir ki, kişilərin mübarizəsində 12-ci tur, qadınların duelində 9-cu tur oynanılacaq.

Turnirdə Azərbaycanı kişilərdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vasif Durarbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Abdulla Qədimbəyli, qadınlarda isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gövhər Beydullayeva və Ləman Hacıyeva təmsil edir.

Mükafat fondu 1 milyon dollar olan dünya çempionatı dekabrın 30-da bitəcək. Ötən gün rapid növü üzrə qaliblərin adına aydınlıq gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button