DÇ: Anna Başta 1/8 finalda uduzdu

Qılıncoynatmanın sablya növü üzrə Azərbaycan milli komandasının üzvü Anna Başta İtaliyanın Milan şəhərində keçirilən dünya çempionatında şəxsi yarışda çıxışını başa vurub.

Komanda.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan idmançı ilk görüşündə Hindistan təmsilçisi Anandha Çadalavadaya 15:13 hesabı ilə qalib gələrək ən güclü 1/16 finala yüksəlib.

Növbəti mərhələdə ABŞ idmançısı Maya Çamberleyni (15:6) mübarizədən kənarlaşdıran Başta ən güclü “8-liy”ə düşmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstan sablyaçısı Yoana İlievaya 8:15 hesabı ilə məğlub olub.

İyulun 29-da Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət Azərbaycan yığması komanda yarışında qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button