DÇ-2030 3 qitədə keçirilə bilər

Futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə üç qitədə keçirilə bilər.

Komanda.az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Misir və Yunanıstan DÇ-2030-a ev sahibliyi üçün birgə sifariş vermək niyyətindədir. Çempionat bu ölkələrə verilsə, DÇ-2022-də olduğu kimi, yenə qışda keçiriləcək. Səudiyyə Ərəbistanı, Misir və Yunanıstan hökumətlərinin danışıqlarından sonra sifarişin hazırlanması qərara alınıb. Bu istək baş tutsa, Səudiyyə Ərəbistanı digər iki ölkədə infrastruktur xərclərinin də bir hissəsini üzərinə götürəcək.

DÇ-2030-a Avropadan İspaniya ilə Portuqaliya, Cənubi Amerikadan Uruqvay, Argentina, Çili və Paraqvay birgə namizədliyini irəli sürüb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button