DÇ-2027: Azərbaycan millisinin rəqibləri müəyyənləşib

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin DÇ-2027-nin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda C liqasında mübarizə aparacaq.

Püşk zamanı ikinci səbətdə yer alan yığma 3-cü qrupda Macarıstan, Şimali Makedoniya və Andorra yığmalarına rəqib olub.

DÇ-2027-nin seçmə mərhələsinə 2026-cı ilin fevralında start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button