
Xavinin DÇ-2026 üçün iki favoriti var
“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes 2026-cı il dünya çempionatının əsas favoritlərini açıqlayıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, turnirin qalibi üçün iki komandaya şans verib:
“Favorit kimdir? Mən hesab edirəm ki, qələbə uğrunda əsas namizədlər İspaniya və Argentina yığmalarıdır. Bunlar mundialın başlıca favoritləridir”.
2026-cı il dünya çempionatı Şimali Amerikada keçiriləcək. Mundialın son qalibi Argentina millisidir. 2022-ci ilin finalında Lionel Skaloninin rəhbərliyindəki argentinalılar Fransanı penaltilər seriyasında məğlub etmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



