DÇ-2026: Şimali Makedoniya və Norveçdən darmadağın

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.

Komanda.az xəbər verir ki, ilk turun ikinci oyun günündə 6 matç baş tutub.

İ, J və L qruplarında mübarizəyə start verilib. Norveç səfərdə inamlı qələbə qazanıb. Vikinqlər Moldovanın qapısından 5 cavabsız top keçiriblər.

Uels öz meydanında Qazaxıstandan güclü olub. Qazaxların gücü buraxılan 3 qoldan yalnız birinin əvəzini çıxmağa çatıb. Çexiya və İsrail də seçmə mərhələ qələbə ilə start verib.

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi
22 mart

I qrupu

Moldova – Norveç 0:5
Qollar
: Ryerson, 5. Haland, 23. Osqor, 38. Sörlot, 43. Donnum, 69.

İsrail – Estoniya 2:1
Qollar
: Heyn, 23-öz qapısına. Dasa, 75 – Paskotsi, 10.

J qrupu

Lixtenşteyn – Şimali Makedoniya 0:3
Qollar
: Traykovski, 7 Musliu, 42. Miovski, 84.

Uels – Qazaxıstan 3:1
Qollar
: D.Ceyms, 9. B.Devis, 47. Matondo, 90+1 – Taqibergen, 32-pen.

L qrupu

Monteneqro – Cəbəllütariq 3:1
Qollar
: Yovetiç, 22. Tuçi, 70. Maruşiç, 73 – Bent, 13.

Çexiya – Farer Adaları 2:1
Qollar
: Şik, 25; 85 – Vatnhamar, 83.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button