DÇ-2026: Bu gün daha 6 oyun keçiriləcək

Bu gün 2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə 1-ci turun növbəti oyunları keçiriləcək.

Komanda.az xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 oyun olacaq.

Günün ilk oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya milliləri arasında oynanılacaq. Daha sonra Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.

Digər üç oyun isə saat 23:45-də start götürəcək.

22 mart

I qrupu

21:00 Moldova – Norveç

23:45 İsrail – Estoniya

J qrupu

18:00 Lixtenşteyn – Şimali Makedoniya

23:45 Uels – Qazaxıstan

L qrupu

21:00 Monteneqro – Cəbəllütariq

23:45 Çexiya – Farer Adaları

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button