
DÇ-2026: Azərbaycan millisinin seçmə mərhələdəki rəqibləri bilindi
Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri məlum olub.
Komanda.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində təşkil olunan püşkatmada yığma komanda 4-cü səbətdə yer alıb.
Püşkatma nəticəsində komandanın D qrupunda yarışacağı müəyyənləşib. Milli Fransa/Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya ilə eyni qrupda mübarizə aparacaq.
Fransa və Xorvatiya yığmaları UEFA Millətlər Liqasının oyununda üz-üzə gələcəklər. Qalib gələn tərəf D qrupunda mübarizə aparmaq hüququ qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin