DÇ-2026: Azərbaycan millisi bu gün ilk oyununa çıxacaq

Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxacaq. D qrupunda yer alan milli komanda Reykyavikdə İslandiya yığmasının qonağı olacaq.

Komanda.az xəbər verir ki, “Lauqardalsvollur” stadionunda keçiriləcək oyun saat 22:45-də başlayacaq.

Azərbaycanın qrupdakı digər rəqibləri, Ukrayna və Fransa yığmaları da bu gün, saat 22:45-də üz-üzə gələcək.

DÇ-2026, seçmə mərhələ, D qrupu

5 sentyabr

İslandiya – Azərbaycan
“Lauqardalsvollur” stadionu. Saat 22:45
Baş hakimSander van der Eiyk
Baş hakimin köməkçiləriRens Bluemink, Stefan de Qroot
Dördüncü hakimMark Naqteqaal
VAR hakimləri: Jeroen Manşot, Kley Ruperti
(Hakimlər briqadası Niderlanddandır)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button