DÇ-2026: Azərbaycan millisi bu gün Fransa ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Komanda.az xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Parisdə Fransa yığması ilə üz-üzə gələcək.

“Park de Prins” stadionunda, saat 22:45-də start götürəcək qarşılaşmanı norveçli FİFA referisi Rohit Saqqi idarə edəcək.

Fransa millisi 6 xalla qrup lideridir, İslandiya 3 xalla ikinci pillədə qərarlaşıb. Ukrayna və Azərbaycan yığmaları isə hərəyə 1 xalla müvafiq olaraq 3-cü və 4-cü pillələri bölüşür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button