DÇ-2024: Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb
Futzal üzrə DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Qazaxıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Komanda.az xəbər verir ki, qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (hamısı Bolqarıstan).
Hakim-inspektor: Silvo Borosak (Sloveniya).
UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç).
Oyun oktyabrın 11-də, saat 18:00-da Astana şəhərində təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin