
DÇ-2024: Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib
DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.
Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin