DÇ-2024: Azərbaycan – Yunanıstan matçının hakimləri açıqlandı
Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanla keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, oyunu Portuqaliyadan olan referilər idarə edəcəklər.
Eduardu Koelyu birinci, Kristianu Santus ikinci, Felipe Duarte üçüncü hakim kimi iş başında olacaq. Xorvatiyalı Edi Sunjiç hakim-inspektor kimi Bakıya səfər edəcək. Matçın UEFA nümayəndəsi Hyugen Kim Robin (Norveç) olacaq.
Martın 3-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin